
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın "Rubin" klubundan ayrılıb.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, 21 yaşlı hücumameylli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Gənc vunger Batumi "Dinamo"suna keçib. Klub onunla yanaşı, Zuka Davitaşvilini də heyətinə qatıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.