21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0.
Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.
Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.
25 mart
AVRO-2023, seçmə mərhələ
19:00. Azərbaycan - Estoniya - 3:0
Qollar: Musa Qurbanlı, 44; 66.
Azərbaycan: 12. Əkpər Vəliyev 4. Cəlal Hüseynov 5. Rauf Hüseynli (k) 7. Elvin Cəfərquliyev 9. Musa Qurbanlı 10. Asim Əlizadə 11. Şakir Seyidov 13. Ceyhun Nuriyev 17. Rüfət Abdullazadə 19. Nihad Quliyev 20. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 1. Rüstəm Samuqullin 2. Zamiq Əliyev 6. İldar Ələkbərov 8. Səbuhi Abdullazadə 14. Kamran Quliyev 15. Abdullah Xaybulayev 16. Pərviz Azadov 21. İsmayıl Zülfüqarlı 23. Emil Səfərov
Baş məşqçi: Milan Obradoviç
Estoniya: 1. Evert Grünvald 2. Kristo Hussar 3. Mairo Miil 6. Kristian Pelt 7. Robi Saarma 8. Mihkel Yarviste (k) 10. Nikita Komissarov 11. Aleksandr Şapovalov 15. Artur Şarnin 20. Mark Ander Lepik 23. Tanel Tammik
Ehtiyat oyunçular: 12. Kristen Lapa 22. Karl Kaiser Kiidyarv 4. Grauberg Lepik 5. Danil Kuraksin 13. Nikita Mihaylov 16. Danil Pankov 17. Dominik Laaneots 19. Qleb Pevtsov 21. Rasmus Kallas Baş məşqçi: Milan Obradoviç Baş məşqçi: Sander Post
Baş məşqçi: Sander Post
Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. "Kapital Bank Arena".