Fransanın "Bordo", "Lill", "Sent Etyen" və "Marsel" klubları Türkiyənin "Qalatasaray" komandasının futbolçusu Mustafa Məhəmmədlə maraqlanır.
Sportnet.az "Sporx" nəşrinə istinadən xəbər verir ki, hər 4 klub 25 yaşlı hücumçunu yaxından izləyir.
Liqa 1 təmsilçilərinin yaz transfer dönəmində misirli oyunçu üçün "sarı-qırmızılar"a müraciət edəcəyi gözlənilir. "Qalatasaray" rəhbərliyi Muhammedin transferindən 10 milyon avro gəlir qazanmağı hədəfləyir.
Qeyd edək ki, Misir millisində də çıxış edən Mustafa Məhəmməd 2021-ci ildən "Qalatasaray"ın formasını geyinir.