Bu gün Malta və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün ispaniyalı hakimlər briqadasında dəyişiklik baş verib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Alexandro Hernandesi 4-cü hakim Sezar Sato Qrado əvəzləyib. 4-cü hakim funksiyası Malta Futbol Federasiyasından Emanuel Qreçə həvalə olunub.
Qeyd edək ki, Ta Qalidəki Milli Stadionda keçiriləcək Malta - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.