Malta millisinin futbolçusu Andrey Acius komandada sonuncu görüşünü keçirib.
Sportnet.az məlumatına görə, 36 yaşlı müdafiəçi Azərbaycana qarşı yoldaşlıq oyununda yığma ilə vidalaşıb.
42-ci dəqiqədə əvəzlənən kapitanın yerinə meydana Zak Muskat daxil olub.
Qeyd edək ki, hələlik qarşılaşmada hesab açılmayıb. Malta Futbol Assosiasiyasının prezidenti Bjorn Vassallo görüşdən əvvəl kapitana xatirə hədiyyə təqdim edib. Azərbaycanla matç təcrübəli oyunçunun yığmada 103-cü görüşü olub.