
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportnet.az xəbər verir ki, məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirən “qırmızı-qaralar” “Zirə” ilə görüşəcək.
Martın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” oyunu saat 16:00-da başlayacaq.
Xatırladaq ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.