İspaniyanın "Selta" klubunun futbolçusu Santi Mina həbs edilə bilər.
Sportnet.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu təcavüzdə ittiham olunur.
İş üzrə məhkəmə iclası bu gün başlayacaq və martın 31-dək davam edəcək.
Minanın 2017-ci ildə dostu David Qoldanın mikroavtobusuna daxil olaraq, qadına qarşı cinsi zorakılıq etdiyi irəli sürülür.
Prokurorluq buna görə futbolçunun 8 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin zərərçəkmiş şəxsə 10 il müddətində 500 metrdən az məsafədə yaxınlaşmasının qadağan olunmasını istəyir.
Qeyd edək ki, Santi Mina cari mövsüm "Selta"nın heyətində 28 oyuna çıxıb və 7 qol vurub.