
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.
Sportnet.az-ın məlumatına görə, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.
Portuqaliya yığması evdə Şimali Makedoniyanı 2 cavabsız qolla məğlub edib. Hər iki qolun müəllifi Brunu Fernandeş olub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi 32 və 65-ci dəqiqədələrdə fərqlənərək, komandasını DÇ-2022-yə çıxarıb.
Digər matçda isə Polşa millisi İsveçə eyni hesabla qalib gələrək, final mərhələsinə adlayıb. Meydan sahiblərinin heyətində qolları 50-ci dəqiqədə penaltidən Robert Levandovski və 72-ci dəqiqədə Pyotr Zelinski vurublar.
--------------------------------------
Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq.
Sportnet.az-ın məlumatına görə, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək.
Bakı vaxtı ilə eyni saatda - 22:45-də start götürəcək həlledici görüşlərdə Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçi qəbul edəcək.
Pireney təmsilçisi yarımfinalda Türkiyəni, şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırıb. Polşa millisi yarımfinalda Rusiya ilə qarşılaşmalı idi. Lakin Valeri Karpinin rəhbərlik etdiyi kollektivə Ukraynadakı müharibəyə görə texniki məğlubiyyət verildiyindən, polşalılar birbaşa finala vəsiqə qazanıblar. Onların həlledici görüşdəki rəqibi olan İsveç yığması isə yarımfinal oyununda Çexiyaya qalib gəlib.
DÇ-2022, pley-off mərhələsi
Final
29 mart
22:45. Portuqaliya - Şimali Makedoniya - 2:0
Qollar: Brunu Fernandeş, 32; 65
Portu, "Draqau" stadionu.
22:45. Polşa - İsveç - 2:0
Qollar: Robert Levandovski, 50 (pen.). Pyotr Zelinski, 72
Xojuv, "Şlyonski" stadionu
Qeyd edək ki, digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.