Rusiya yığması Millətlər Liqasının 2022/2023 mövsümündə iştirak etməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə UEFA mətbuat xidməti məlumat yayıb.
Rusiya B Liqasında İslandiya, İsrail və Albaniya ilə eyni qrupda çıxış etməli idi. Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə C Liqasında yer alacaq.