Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun növbəti oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığması Portuqaliyalı həmyaşıdları ilə qüvvəsini sınayıb.
Xorvatiya ilə keçirilən ilk oyunda qapısında 4 top görən Mirbağır İsayevin rəhbərlik etdiyi komanda bu dəfə də meydanı məğlub tərk edib - 0:3.
Digər görüşdə isə Xorvatiya Serbiya üzərində 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 2 oyunun nəticəsinə əsasən qrupun son pilləsində qərarlaşıb.
19 mart
13:00. Serbiya - Xorvatiya - 0:3
Qollar: Moro, 6. Brekalo, 67. Bleçiç, 79
16:30. Azərbaycan - Portuqaliya - 0:3
Qol: Joze Qomeş, 13; 18. Moreto Kassama, 36.
Qol: Joze Qomeş, 13; 18. Moreto Kassama, 36.
Azərbaycan: 1. Murad Popov, 2. Ruslan Bediyev, 3. Anton Krivotsyuk, 4. Elvin Dəmirov, 5. Xəyal Əmirli, 14. Kənan Zülfüqarov, 7. Nicat Süleymanov, 13. Hacıağa Hacıyev (kap.), 8. Yusif Cəfərov, 9. Qara Qarayev, 17. Famil Camalov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 6. Əzəmət Ələkbərli, 15. Firudin Mövsümov, 16. Ravil Yusifli, 18. Səid İbadov, 11. Oruc İsmayılov
Baş məşqçi: Mirbağır İsayev
Portuqaliya: 1. Fabio Duarte, 4. Qonsalo Vieyra, 13. Pedro Pereyra, 17. Abdu Konte, 3. Bruno Paz, 6. Pedro Ferreyra, 10. Moreto Kassama (kap.), 14. Bruno Lourenso, 7. Generoso Korreya, 11. Joze Qomeş, 18. Madi Queta
Ehtiyat oyunçular: 12. Karluş Alveş, 2. Joze Teyşeyra, 5. Rikardo Manqaş, 8. Gedson Fernandeş, 15. Jorje Pereyra, 9. Rui Pedro, 16. İdrisa Sambu
Baş məşqçi: Filipe Ramos
"Bakcell Arena"
Qeyd edək ki, qrupun son oyununda Azərbaycan Serbiya səddini keçməyə çalışacaq. Cütlüyün görüşü martın 22-də baş tutacaq.