Azərbaycan və Belarus komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının IV tur oyununun təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, görüşün baş hakimi yunanıstanlı Anastasios Papapetru olacaq. Ona həmyerlilərindən Trifon Petropulos və İordanis Aptosoqlu yan xətt, Georgios Tsovaras dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, iyunun 13-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu saat 20:00-da başlanacaq.