UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Limassol klubu Xorvatiyanın "Slaven Belupo" komandası ilə qarşılaşıb. Görüş Koprivnitsa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədən sonra "Aris" 2 top fərqi ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxaraq məğlub olub.
Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.