UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i iki futbolçusunu icarəyə verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, Silvan Vallner və Nils Rayxmut daha çox oyun təcrübəsi qazanmaq üçün 2022/2023 mövsümünü "Vil"də keçirəcək.
Bundan əlavə, "Sürix" Rayxmutun müqaviləsinin 2025-ci ilədək uzadıldığını açıqlayıb.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.