
Azərbaycan I Divizionuna Region Liqasından gələn klub da buraxılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin onlayn iclasında qəbul olunub.
Qərara əsasən, Region Liqası komandalarının I Divizionda çıxış edə bilmələri üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası meyarlar müəyyənləşdirəcək.
Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən bir klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.