Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımov xəstəxanadan buraxılıb.
"Qırmızı-qaralar"dan Sportnet.az-a verilən məlumata görə, hazırda özünü yaxşı hiss edən 32 yaşlı müdafiəçi komanda ilə birlikdə Vətənə qayıdır.
Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 1:4 hesablı məğlubiyyəti ilə bitib. İlkin Qırtımov ilk hissənin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib. Komandalar arasındakı cavab görüşü iyulun 28-də Qəbələdə olacaq.