Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu mövsüm Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu yerli çempionatda IIII turun "İstefa 1961" ilə ev oyununda fərqlənib.
Meydana 81-ci dəqiqədə daxil olan Emreli cəmi 7 dəqiqə sonra matçda son nöqtəni qoyub - 4:1.
Bununla da ardıcıl 3-cü qələbəsini qazanan "Dinamo" 9 xalla vahid liderliyini davam etdirir.