
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümü "Şamaxı"da keçirmiş Natan Oduvanı transfer edib. 26 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanıb.
Oduva İngiltərə “Tottenhem”inin yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.