
"Bizi çətin oyun gözləyir".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Yusuf Laval Avstriyanın "Rapid" komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
24 yaşlı yarımmüdafiəçi növbəti mərhələ üçün əllərindən gələni edəcəklərini bildirib.
Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.