İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti bu il Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, "Messaggero" nəşrinə açıqlama verən 63 yaşlı mütəxəssis Braziliya və Fransanı mundialın ən güclü komandaları adlandırıb.
İtaliyalı baş məşqçi Argentinanın da favoritlər sırasında olduğunu bildirib: "Lionel Skaloninin komandası yenidən zirvədədir. Onların Lionel Messi kimi oyunçusu var. Yığmada yenilənmə prosesinə də start verilib".
Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda keçiriləcək.