
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.
Sportnet.az xəbər verir ki, türkiyəli mütəxəssis Rumıniyada "Styaua" və Norveçin "Vikinq" klubu arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 18-də Buxarest şəhərindəki Milli Arenada baş tutacaq.