İtaliyanın "Napoli" klubu növbəti transferini gerçəkləşdirib.
Sportnet.az Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Verona"nın futbolçusu Covanni Simeone mövsümün sonunadək icarəyə götürülüb.
27 yaşlı hücumçu yeni komandasında müəyyən göstəricilərə çatsa, klub onu birdəfəlik almağa məcbur olacaq.
Qeyd edək ki, argentinalı forvard ötən mövsüm "Verona"nın heyətində 35 oyuna çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu İspaniyanın "Atletiko" (Madrid) komandasının baş məşqçisi Dieqo Simeonenin oğludur.