
"İstefaya göndərilməyimdə əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Kəpəz"in baş məşqçi postunu tərk edən Yaşar Vahabzadə deyib.
62 yaşlı mütəxəssis bildirib ki, ilk 3 turda güclü komandalara rəqib olduqlarından, onlara qarşı çıxış etmələri çətinlik yaradıb: "Klubun icraçı direktoru İlqar Nadiri ilə görüşdük, söhbət etdik. Yollarımızı ayırdıq və mən də gələcək oyunlarda komandaya və rəhbərliyə uğurlar arzuladım. Birlikdə işlədik və çalışdıq, amma alınmadı".
Vahabzadə "sizi "Kəpəz"də görmək istəməyən şəxslər var idi. Bu barədə nə deyə bilərsiniz" sualına isə cavab vermək istəməyib: "Başqa şeylərdən danışmaq istəmirəm".