
İtaliya A Seriyasının IV turunun açılış matçında son çempion "Milan" xal itirib.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar" səfərdə "Sassuolo"nun müqavimətini qıra bilməyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
"Milan" qələbə qazana bilməsə də, xalını 8-ə yüksəldərək, turnir cədvəlinin vahid liderinə çevrilib. "Sassuolo" isə 5 xalla 10-cu yerdə gedir.