İngiltərənin "Mançester Siti" klubunun sahibi Şeyx Mansura qarşı Böyük Britaniyanın Xarici İşlər Nazirliyində araşdırma başlayıb.
Sportnet.az-ın "The Telegraph" nəşrinə istinadən məlumatına görə, ərəb iş adamının Roman Abramoviç və rusiyalı digər biznesmenlərə sanksiyalardan yayınmaqda kömək etdiyi ehtimal olunur.
Bununla bağlı sorğu vəkillər vasitəsilə ünvanlanıb. Rusiyalı milyarderlərin dəbdəbələri BƏƏ-yə daşımaqda kömək etməsi üçün Mansura tez-tez müraciət etdikləri bildirilir.
Nazir Ceyms Kleverlidən şeyxin hüquqi pozuntuya yol verib-vermədiyini və sanksiyanın mümkünlüyünü araşdırması xahiş olunub.