İspaniyanın məşhur "Marca" nəşri "Atletiko" (Madrid) komandasının Belçika "Brügge"sinə qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsindəki oyunları ilə bağlı geniş yazı dərc edib.
Sportnet.az-ın məlumatına görə, nəşr Madrid təmsilçisinin hər iki görüşdə rəqib qapısına yol tapa bilmədiyini xatırladıb.
Burada belçikalı qapıçı Simon Minyolenin çıxışı xüsusi qeyd olunub.
Oyun "Atletiko"nun 2017/2018 mövsümündə "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının qrup matçları ilə müqayisə edilib. Məqalənin başlığında "Minyole "Qarabağ" kabusunu unutdurdu" yazılıb.
Qeyd edək ki, III turda Belçikada rəqibinə 0:2 hesabı ilə uduzan "Atletiko" IV turda evdə qolsuz heç-heçəyə razılaşıb. "Qarabağ" isə 5 il əvvəl Çempionlar Liqasının qrup mərhələsinin hər iki qarşılaşmasında "Atletiko" ilə bərabərə qalmışdı - 0:0 və 1:1.