Rumıniyada ÇFR və Çexiyanın "Slaviya" (Praqa) komandası arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu yarımçıq dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, buna matçı tribunadan izləyən azarkeşlərdən birinin vəziyyətinin pisləşməsi səbəb olub. Dərhal təcili yardım maşını arenaya daxil olaraq, fanata ilkin yardım göstərib.
Daha sonra isə həmin şəxs xəstəxanaya aparılıb.
Qeyd edək ki, bir neçə dəqiqəlik məcburi fasilədən sonra görüş davam etdirilib. İlk hissəsi oynanılan matçda meydan sahibləri öndədir - 1:0.