Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə ilk yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, qarşılaşma Aqil Nəbiyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb. U-18-in heyətində 46-cı dəqiqədə Tuncay Cəfərli və 60-cı dəqiqədə Eşqin Əhmədov fərqlənib.
Bu komandalar arasında növbəti oyun oktyabrın 21-də olacaq.