
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Kriştianu Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək.
Sportnet.az “TalkSport”a istinadən xəbər verir ki, buna portuqaliyalı hücumçunun “Tottenhem”ə qarşı Premyer Liqanın son tur oyunundakı davranışı səbəb olub. 37 yaşlı forvard 90-cı dəqiqədə ehtiyat oyunçular skamyasını tərk edib.
Ronaldu həmçinin, İngiltərə çempionatının XIII turun "Çelsi" ilə görüşündə də heyətdə yer almayıb.