AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında bildirib.
AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".
Qeyd edək ki, fanatlar tribunada qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.