
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün ikinci oyununda "Sabah" "Qəbələ"ni qəbul edib.
“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. 5-ci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə Aleksey Kaşuk bərabərlik qoluna imza atıb. 90+3-cü dəqiqədə Davit Volkov komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" 17 xalla beşinci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Qarabağ" səfərdə "Şamaxı"nı 4 cavabsız qolla üstələyib. XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.
----------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionundakı görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.
Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib. Tura bu gün keçiriləcək "Sabah" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.
-----------------------------------------------
Misli Premyer Liqasında bu gün XII turun daha iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 30 xalla liderdir. Meydan sahibləri 4 xalla 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 71 dəfə üz-üzə gəliblər. Bunların 33-də Ağdam təmsilçisi, 13-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar aşkar üstündür - 99:43. “Qarabağ” 16 oyundur Premyer Liqada uduzmur, “Şamaxı” isə 4 matçdır qol vurmur.
Günün ikinci görüşündə "Sabah" "Qəbələ" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi 28 xalla ikinci, bölgə təmsilçisi 17 xalla beşincidir. Tərəflər indiyədək Premyer Liqada 16 dəfə qarşılaşıblar. Bunların 8-də meydan sahibləri, 5-də "qırmızı-qaralar" meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qəbələ" üstündür - 23:15. “Sabah” çempionatdakı son 4 oyunda rəqibinə qol vurub. Son 6 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.
Misli Premyer Liqası, XII tur
30 oktyabr (bazar)
15:00. “Şamaxı” – “Qarabağ” - 0:4
Qollar: Musa Qurbanlı, 51; 90+3. Elvin Cəfərquliyev, 56. Cəlal Hüseynov, 90+5 (avtoqol)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu
18:30. “Sabah” – “Qəbələ” - 2:1
Qol: Aleksey Kaşuk, 63. Davit Volkov, 90+3 - İsnik Alimi, 5 (p)
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
“Bank Respublika Arena”
Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.