Tunis millisi Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından kənarlaşdırıla bilər.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, səbəb dövlətin futbol işlərinə müdaxiləsidir.
Tunisin gənclər və idman naziri Kamel Deqiş daha əvvəl ölkənin Futbol Federasiyasının buraxıla biləcəyinə işarə edib. FIFA isə onun sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirir.
Bu, baş versə, Tunisi FIFA reytinqində ən yüksək pillədə olan İtaliya yığması əvəzləyə bilər.
Qeyd edək ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa komandaları ilə qrupda mübarizə aparacaq.