Rusiya Futbol İttifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə yeni müqavilə imzalayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2024-cü il avqustun 1-dək nəzərdə tutulub.
53 yaşlı mütəxəssisin hazırkı köməkçiləri də yığmadakı işlərini davam etdirəcək.
Qeyd edək ki, Valeri Karpin 2021-ci ilin iyulundan Rusiya seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 6 qələbə qazanıb, bir dəfə heç-heçə edib, eyni sayda isə məğlubiyyət alıb.