
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Sabah" "Qarabağ"ı qəbul edib. "Bank Respublika Arena"da oynnaılan görüş qolsuz heç-heçə ilə başa çatıb.
Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən "köhlən atlar" hazırda turnir cədvəlinə başçılıq edir. Ağdam klubunun aktivində 40 xalı var. Liderdən 5 xal geri qalan paytaxt təmsilçisi ilə 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"a 4:2, "Zirə" "Səbail"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib, "Kəpəz" isə evdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.
--------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Kəpəz" Gəncədə "Turan Tovuz"u qəbul edib. Qərb derbisi qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 9-a çatdıran meydan sahibləri 9-cu pillədə qalıb. 16 xalı olan qonaqlar isə 6-cı pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq.
----------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 görüş baş tutacaq.
Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Turam Tovuz" arasında olacaq. Hazırda meydan sahibləri 8 xalla 9-cu, qonaqlar isə 15 xalla 6-cı pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında bir dəfə qarşılaşıb. Tovuzda baş tutan oyunda yerli kollektiv 2:0 hesablı qələbə qazanıb.
Tura "Sabah" və "Qarabağ" arasında keçiriləcək mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Ağdam təmsilçisi 13 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Rəqibindən 5 xal geri qalan paytaxt klubu isə 2-cidir.
Komandalar bunadək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. 12 oyun "köhlən atlar"ın qələbəsi, 4 görüş isə heç-heçə ilə ba.a çatıb. “Sabah” indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbərində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv aşkar üstündür - 33:8. “Qarabağ” son 9 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
XIV tur
13 noyabr (bazar)
14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Gəncə şəhər stadionu.
17:00. “Sabah” – “Qarabağ” - 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.