"Sabah"ın futbolçusu Aleksey İsayev Azərbaycan millisində qol hesabını açıb.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi buna səfərdə Moldovaya qarşı keçirdikləri yoldaşlıq oyununda fərqlənməklə nail olub.
42-ci dəqiqədə rəqib qapısına yol tapan təcrübəli oyunçu bunu yubiley - 10-cu görüşündə bacarıb.
Qeyd edək ki, hazırda Moldova - Azərbaycan matçında fasilədir. İlk hissədən sonra Canni De Byazinin baş məşqçi olduğu komanda 2:0 hesabı ilə öndədir. İlk qolu 28-ci dəqiqədə Emin Mahmudov vurub.