21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Milan Obradoviç Bakıya gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə "report"a serbiyalı mütəxəssisin özü deyib.
O bildirib ki, buraya keçmiş dostlarını görmək və onlarla görüşmək üçün təşrif buyurub: "Söz verirəm, nəsə olsa, birinci sizə deyəcəyəm. İndiki məqamda isə yalnız dost söhbətləri üçün buradayam".
Qeyd edək ki, Milan Obradoviç 2019 - 2022-ci illərdə U-21-ə rəhbərlik edir.