Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.
Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirirək, son nöqtəni qoyub.
Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. "Xoruzlar" 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.
----------------------------------------
Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.
Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt" stadionunda oynanılacaq.
Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.
DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa - Mərakeş - 2:0
Qollar: Teo Ernandes, 5.
Baş hakim: Sezar Ramos
"Əl Bayt" stadionu
Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.