“Zirə”nin futbolçusu Nemanya Ancelkoviç karyerasını “Neftçi”də davam etdirəcək.
Sportnet.az "report"a istinadən xəbər verir ki, 25 yaşlı serbiyalı müdafiəçi “ağ-qaralar”ın diqqət mərkəzinə düşüb.
Artıq "Zirə" ilə yollarını ayırmış futbolçunun keçidi yaxın günlərdə baş tutacaq.
“Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Ancelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı sonlandırıblar. Qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşən komandanın heyətində serbiyalı müdafiəçi olmayıb.
Qeyd edək ki, Ancelkoviç Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.