"Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko peşəkar karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mərkəz yarımmüdafiəçisi 40 yaşında futbolla vidalaşıb.
Ukrayna millisinin keçmiş üzvü son olaraq ölkəsinin "Çernomorets" klubunda çıxış edib.
Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mövsümünün ilk hissəsində "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi yığmada 10 keçirdiyi 10 oyunda 1 qol vurub.