“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a keçəcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Sport-Express” nəşri yayıb.
Bildirilib ki, Azərbaycan təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədər olan qanalı hücumçu yayda azad agent kimi “Ferentsvaroş”la müqavilə imzalayacaq. Macarlar 25 yaşlı forvardla yanaşı, Slovakiyanın “Slovan” klubunda çıxış edən müdafiəçi Menti Abena ilə də eyni şərtlərlə anlaşıb.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”da çıxış edir.