Belçika millisinin sabiq baş məşqçisi Roberto Martines Portuqaliya seçməsinə rəhbərlik edə bilər.
Sportnet.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis yığmanın sükanı arxasına keçməyə əsas namizədlərdən biri hesab olunur.
İddiaya görə, o, Fernandu Santuşun əvəzinə yeni baş məşqçi axtaran Portuqaliya Futbol Federasiyasının diqqətini cəlb edib.
Amma Martines hələlik karyerası ilə bağlı yekun qərarını verməyib. Onun klub və ya milli komandada çalışacağı bəlli deyil.
Qeyd edək ki, Roberto Martines Qətərdəki dünya çempionatından sonra Belçika millisindən istefa verib.