“Azərbaycan klubu ilə sakit matç oldu, aqressiya həddini aşmadı”.
Sportnet.az xəbər verir ki, bunu Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Nikolae Konstantin “Turan Tovuz”la keçirilən yoxlama görüşü barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis Türkiyədəki təlim-məşq toplanışında baş tutan görüşdə 3:2 hesablı qələbə qazanmalarına baxmayaraq, iki futbolçuları zədələndiyi üçün məyus olduğunu söyləyib: “Əlbəttə ki, buna görə narahatam. Amma adi sınaq matçı idi, hər hansı aqressivlik və ya kobudluq olmadı”.
Qeyd edək ki, “Turan Tovuz” Antalyada növbəti yoxlama görüşünü yanvarın 13-də İsveçrə təmsilçisi “Aarau”ya qarşı keçirəcək.