Futbol üzrə İngiltərə Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun mərkəzi matçında "Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib. "Old Trafford" stadionunda oynanılan qarşılaşmada meydan sahibləri əzmkar qələbə qazanıblar - 2:1.
Hesabı 60-cı dəqiqədə qonaqlardan Cek Qriliş açıb. 78-ci dəqiqədə Brunu Fernandeş tarazlığı bərpa edib. Cəmi 5 dəqiqə sonra isə Markus Reşford görüşdə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 38-ə çatdıran "Mançester Yunayted" 3-cü pilləyə yüksəlib. 39 xalı olan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Arsenal" başçılıq edir.