"Şamaxı" heyətinə daha bir futbolçu qatıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Əli Səmədov 1 il bölgə təmsilçisinin formasını geyinəcək.
Səmədovun son klubu "Kəpəz" olub. O, bir neçə ay əvvəl baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, "Şamaxı" daha öncə hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.