"Kadinin gedişi “Qarabağ” üçün itkidir. Lakin onlar bütövlükdə komanda olaraq güclüdürlər. İndi isə vaxtilə “Monako”da oynayan Diakabi ilə müqavilə imzalayıblar. Gözləyək görək. Amma düşünürəm ki, “Qarabağ” Borqesin gedişinin öhdəsindən gələcək”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Matcv TV"yə açıqlamasında deyib.
Rusiyalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin "Krasnodar”a uyğun oyunçu olduğunu bildirib: “Fikrimcə, Kadi Borqes Azərbaycan Premyer Liqasının ən güclü oyunçusu idi. O, özünü son avrokubok oyunlarında - həm Çempionlar Liqasında, həm də Avropa Liqasında yaxşı göstərdi. Təbii ki, adaptasiya, zədələr Borqesə mane ola biləcək amillərdir. Amma ümumilikdə onun oyun tərzi “Krasnodar”a uyğundur. Düşünürəm ki, o, öz güclü tərəflərini ortaya qoyacaq və Azərbaycandakı kimi Rusiyada da parlaq çıxış edə biləcək”.
Qeyd edək ki, "Krasnodar" Kadi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanıb.