İspaniya Super Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, El-Klasikoda "Real Madrid"ə 3:1 hesabı ilə qalib gələn "Barselona" tutula sahib çıxıb.
İlk qolu 33-cü dəqiqədə kataloniyalılardan Qavi vurub. 45-ci dəqiqədə Robert Levandovski fərqi artırıb. 69-cu dəqiqədə Pedri "kral klubu"nu 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Madrid təmsilçisinin yeganə qoluna isə 90+3-cü dəqiqədə Pedri imza atıb.
İspaniya Superkuboku
Final
23:00. "Real" - "Barselona" - 1:3
Qollar: Kərim Benzema, 90+3 - Qavi, 33, Robert Levandovski, 45, Pedri, 69
Baş hakim: Rikardo de Burqos
"King Fahd İnternational Stadium"