Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” yanvarın 4-də başlayan Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxacaq. Qardaş ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Son iki mövsümdə 15-ci olan "Teplitse" hazırda 16 iştirakçı arasında 19 xalla 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Komanda yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.