“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elişa Ovusu Fransa təmsilçisi “Oser”ə satılıb.
Bununla Qana millisinin üzvü 2019-cu ilin yayından formasını geyindiyi “Gent”lə vidalaşıb. Onun belçikalılarla müqaviləsi mövsümün sonuna qədər idi. Fransada anadan olan orta sahə oyunçusu “Lion”un yetirməsidir.
Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.