İngiltərə Premyer Liqasında XXI turun mərkəzi oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, lider "Arsenal" öz meydanında "Mançester Yunayted"lə qarşılaşıb. Maraqlı və gərgin keçən görüşdə "Topçular" 3:2 hesablı qələbə qazanıblar.
İlk qolu 17-ci dəqiqədə qonaqlardan Markus Reşford vurub. 24-cü dəqiqədə meydan sahiblərindən Nketia tarazlığı bərpa edib. 53-cü dəqiqədə Bukayo Saka London təmsilçisini önə keçirib. 59-cu dəqiqədə Emiliano Martines hesabı bərabərləşdirib. 90-cı dəqiqədə isə Nketia son nöqtəni qoyub.
Xallarını 50-ə çatdıran "Arsenal" liderliyini möhkəmləndirib. "Mançester Yunayted" 39 xalla 4-cüdür.