
Avropa Super Liqası ideyasının yaradıcıları olan İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubları məhkəmədə FIFA və UEFA-ya qalib gəliblər.
Sportnet.az xəbər verir ki, sözügedən klubların apellyasiya şikayəti təmin olunub. Qərara əsasən, Avropa və ali futbol qurumu layihəni həyata keçirmək istəyən təşkilatçılara qarşı hər hansı sanksiya tətbiq edə bilməz.
Həmçinin, məhkəmə yalnız elit komandalardan ibarət başqa liqa yaratmaq istəyən klublara hüquq verib.
Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.