"Qazandığımız bir xal növbəti görüşlərdə bizə daha çox motivasiya verəcək. Bəzi futbolçular belə rəqiblərə qarşı yaxşı motivasiya olurlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis rəqibin büdcə baxımından onlardan üstün olduğunu bildirib: "Fərq həddindən artıq böyükdür. Bu gün belə komandadan bir xal almışıq. Həyatda mümkünsüz heç nə yoxdur".
Əhmədov hər iki kollektivin maraqlı oyun sərgilədiyini söyləyib: "Qarabağ" topa daha çox nəzarət edirdi. Onları əks hücumda tutmağa çalışırdıq. Bəzən də buna nail olurduq. Nizam-intizam, mübarizəli oyun məni sevindirir. Komandanın inkişafı və istəkli olması bugünkü matçda sübut olundu. Düşünürəm ki, bu görüş hamımıza zövq verdi. Biz hazırda turnir cədvəlimizdəki mövqeyimizi düzəltməyə çalışırıq".